“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Salyanda görkəmli alimin xatirəsi yad edilib.

23/04/2026, 16:27
xeber1

23 aprel 2026-cı il tarixində Salyan şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində görkəmli alim, həmyerlimiz ,fizika-riyaziyyat elmləri doktoru, professor Rafil Əliağa oğlu Rzayevin anadan olmasının 89- cu ildönümü dərin ehtiram və qürur hissi ilə yad edilib.

Salyan rayon Ziyalılar Birliyinin sədri "Əməkdar Müəllim" Allahverdi Piriyevin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun ziyalıları, ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova, alimin ailə üzvləri, məktəb rəhbərliyi və fizika-riyaziyyat fənləri üzrə keçirilən olimpiada və müsabiqələrdə fərqlənən şagirdlər iştirak edib.

Öncə alimin rayon qəbirstanlığındakı məzarı ziyarət olunub, sonra isə tədbir məktəbdə davam etdirilib. Tədbirdə fizika -riyaziyyat sahəsində böyük xidmətləri olmuş alimin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. İştirakçılar alimin nüvə fizikası sahəsində etdiyi böyük ixtiralardan danışaraq gənclərə dəyərli tövsiyələr veriblər.

Alimin ömür-gün yoldaşı Fəridə xanımın təsis etdiyi "Rafil Rzayev" mükafatı , Salyan Rayon Ziyalılar Birliyinin fəxri diplomları RFO - nun final mərhələsinə vəsiqə qazanan Amin Axundzadə və Tunar Eyvazlıya təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: