Xəbərlər
Salyanda "Gül bayramı" keçirilib
08/05/2026, 16:21

8 may 2026-cı il tarixində Salyan şəhər 12 saylı uşaq bağçasında " Hər uşaq bir çiçək, hər çiçək bir sevincdir" adlı şənlik keçirilib.
Tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin aparıcı mütəxəssisi Təranə Səmədova iştirak edib.
Körpələrin ifasında səslənən şeirlər, musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.
Daha sonra müxtəlif gül kostyumları geyinən balacalar müsabiqəyə qatılıblar.
Əyləncəli oyunlar və sürprizlərlə dolu keçən şənlik uşaqlara heç vaxt unutmayacaqları bir gün yaşadıb.











