“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Salyanda “Zəfərimiz əbədidir” adlı bayram tədbiri keçirilib

06/11/2026, 17:36
xeber1

6 noyabr 2026-cı il tarixində Salyan şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfərimiz əbədidir” adlı bayram tədbiri təşkil edilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun müdiri Razigül Dadaşova, 44 günlük Vətən müharibəsi şəhidi Sabir Salahovun anası Sevgül Salahova və digər iştirakçılar çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqımızın birliyindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən bəhs olunub. Sonda natiqlər 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu möhtəşəm qələbənin sevincini bölüşüblər.

Bayram tədbiri Salyan şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin birgə hazırladıqları bədii proqramla davam edib. Şagirdlərin səsləndirdikləri şeirlər, təqdim etdikləri musiqi parçaları və rəqs nömrələri tədbirə xüsusi ovqat qatıb.

Tədbir iştirakçıları sonda məktəbdə Zəfər Gününə həsr olunmuş sərgi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: