Xəbərlər
Şamaxı Dövlət Regional Kollecinin kollektivi Lənkəranda

Şamaxı Dövlət Regional Kollecinin kollektivi üçün təşkil olunan Lənkəran səfəri xoş anlarla və zəngin təəssüratlarla yadda qalıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin təşəbbüsü ilə reallaşan səfər zamanı kollecin əməkdaşları Lənkəranın əsrarəngiz təbiətini, tarixi və mədəni irsini yaxından tanımaq, şəhərin gəzməli-görməli məkanlarını ziyarət etmək imkanı əldə ediblər.
Təbiətin gözəlliyi, səmimi ünsiyyət və birlikdə keçirilən xoş vaxt kollektiv üzvlərinə gündəlik iş qayğılarından uzaqlaşaraq mənalı istirahət yaşadıb. Bu cür tədbirlər əməkdaşlar arasında dostluq və həmrəyliyin daha da möhkəmlənməsinə, kollektiv ruhunun yüksəlməsinə xüsusi töhfə verir.
Səfər iştirakçıları yaradılan yüksək şəraitə və göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlıqlarını bildiriblər.







