“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şamaxı Peşə Liseyində təqaüdə yola salınan əməkdaşlarla görüş keçirilib

10/07/2026, 10:14
xeber1

ETİHİ Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirovun iştirakı ilə "Şamaxı Peşə Liseyi" PHŞ-də yaş həddinə çataraq əmək fəaliyyətini başa vuran əməkdaşlarla görüş keçirilib.

Tədbirdə liseyin direktoru İsmayıl Tarverdiyev, ETİHİ Şamaxı Rayon Komitəsinin nümayəndələri və lisey kollektivi iştirak ediblər.

Görüş zamanı uzun illər liseydə səmərəli və fədakar fəaliyyət göstərmiş riyaziyyat müəllimi Qamət Qədirovun, dərzi ixtisası üzrə istehsalat təlim ustası Qənirə Vəliyevanın və geniş profilli təmirçi ixtisası üzrə istehsalat təlim ustası Nizami Qayıbovun peşə fəaliyyətindən bəhs olunub. Kollektiv üzvləri onların təhsil müəssisəsinin inkişafına verdikləri töhfələri yüksək qiymətləndirərək, xoş xatirələrini bölüşüblər.

Çıxış edən ETİHİ Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirov təqaüdə yola salınan əməkdaşlara uzunillik səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirib, onlara Fəxri Fərman və xatirə hədiyyələrini təqdim edib. O, dəyərli pedaqoqlara və istehsalat təlim ustalarına gələcək həyatlarında möhkəm cansağlığı, xoşbəxtlik və firavan ömür arzulayıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: