“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şamaxı rayon Komitəsinin üzvləri İçərişəhərə ekskursiya ediblər

24/02/2026, 17:09
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı rayon Komitəsinin üzvləri ETİHİ Respublika Komitəsinin təşəbbüsü ilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər.

Gəzinti Qoşa Qala qapısından başlayıb. İştirakçılar qala divarları və giriş qapıları, qədim ticarət yollarının keçdiyi ərazilər, şəhərin ilkin formalaşmasını əks etdirən abidələr barədə ətraflı məlumat əldə ediblər.

Sözügedən təşəbbüs çərçivəsində iştirakçılara qastro-irs proqramı da təqdim olunub. Proqram səhər yeməyi ilə başlayıb, baş aşpazın iştirakı ilə qədim milli yeməklərin hazırlanması üzrə ustad dərsi və milli naharla davam edib, şirniyyat ustası ilə canlı dərs və ənənəvi çay mərasimi ilə yekunlaşıb.

Ekskursiya iştirakçılara İçərişəhərin həm tarixi-mədəni irsini, həm də zəngin kulinariya ənənələrini yaxından tanımaq imkanı yaradıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: