Xəbərlər
Şamaxı rayonuna ekskursiya təşkil olunub
11/11/2026, 17:20

Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsi tərəfindən 08 noyabr 2026-cı ildə ittifaq üzvləri üçün Şamaxı rayonuna yaddaqalan ekskursiya təşkil olunub.
Ekskursiya proqramı çərçivəsində iştirakçılar bölgənin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar, Şamaxının qədim tarixini özündə yaşadan tarixi abidələri və Şirvanşahlar dövrünə aid mədəniyyət nümunələrini ziyarət ediblər, rayonun özünəməxsus təbiəti və qədim ab-havası ilə seçilən, həmçinin tarixi yaradıcılıq mühiti ilə tanınan məşhur Məlhəm kəndində olublar.
Bu ekskursiya akademiyanın əməkdaşları arasında kollektiv ruhun gücləndirilməsi, həmçinin asudə vaxtın səmərəli və məzmunlu keçirilməsi baxımından böyük əhəmiyyət daşıyıb.




