Xəbərlər
Şamaxı rayonunda yeni il hədiyyələrinin paylanması
24/12/2025, 16:51

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təqdim olunan Yeni il hədiyyələri Şamaxı rayon Peşə Liseyinin və Dövlət Regional Kollecinin işçilərinə, həmçinin rayon üzrə təhsil alan şəhid övladlarına və evdə təhsil alan uşaqlara paylanmışdır. Bu xeyirxah təşəbbüsə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və ETİHİ Respublika Komitəsinə dərin təşəkkürümüzü bildiririk.










