Xəbərlər
ŞAMAXI ŞƏHƏRİNDƏ BİR GÜNLÜK İSTİRAHƏT

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 286 saylı tam orta ümumtəhsil məktəbin ittifaq üzvləri üçün Şamaxı şəhərinə bir günlük gəzinti təşkil edilib.
Səfər zamanı ittifaq üzvləri Azərbaycanın qədim tarixə malik bölgələrindən biri olan Şamaxının görməli yerlərini ziyarət edib, rayonun zəngin tarixi-mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanış olublar. Şamaxının gözəl mənzərələri və təmiz havası iştirakçılarda xoş ovqat yaradıb, onlara gündəlik iş fəaliyyətindən uzaqlaşaraq səmərəli vaxt keçirmək imkanı verib.
Təşkil olunan səfər kollektiv üzvləri arasında ünsiyyətin möhkəmlənməsinə, həmrəylik və birlik ruhunun daha da güclənməsinə töhfə verib. Səfər boyunca ittifaq üzvləri həm maraqlı anlar yaşayıb, həm də bölgənin tarixi və təbii gözəlliklərindən zövq alıblar.
Şamaxının özünəməxsus gözəllikləri ilə tanış olan ittifaq üzvləri səfərdən zəngin təəssüratlarla ayrılıblar. Birgə keçirilən bu səfər iştirakçıların yaddaşında xoş xatirələrlə qalıb.
İttifaq üzvləri onlar üçün yaradılan bu gözəl imkan, göstərilən diqqət və qayğı, eləcə də səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, dərin təşəkkürlərini ifadə ediblər.






