Xəbərlər
ŞAMAXI ŞƏHƏRİNDƏ UNUDULMAZ GƏZİNTİ

ETİHİ Yasamal Rayon Komitəsinin Təşkilatçılığı ilə Şamaxıya Mədəni-İstirahət Səfəri Təşkil Edilib.
ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbin ittifaq üzvləri üçün Şamaxı şəhərinə bir günlük səfər təşkil edilib.
Səfər çərçivəsində ittifaq üzvləri Şamaxının tarixi və turistik məkanlarını ziyarət edib, şəhərin zəngin mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanış olublar. İttifaq üzvləri “Cənnət Bağı” istirahət mərkəzində səmərəli istirahət edib, xoş və yaddaqalan anlar yaşayıblar.
Tədbir ittifaq üzvlərinin asudə vaxtlarının mənalı təşkilinə, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verib.
Şamaxının gözəl təbiəti və qonaqpərvər mühiti ittifaq üzvlərində xoş təəssüratlar yaradıb, səfər onların yaddaşında unudulmaz xatirələr buraxıb.
İttifaq üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də səfərin və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, dərin təşəkkürlərini ifadə ediblər.İttifaq üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də səfərin və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, dərin təşəkkürlərini ifadə ediblər.




