“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şamaxı THTFT liseyinin müəllimi Şəlalə Məmmədovanın 65 illik yubileyi

17/04/2026, 15:35
xeber1

Şamaxı rayonu THTFT liseyinin müəllimi Məmmədova Şəlalə Murad qızı uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli pedaqoji fəaliyyəti, şagirdlərin bilik və bacarıqlarının inkişafında, onların vətənpərvər və yüksək mənəvi dəyərlərə malik şəxsiyyət kimi formalaşmasında əvəzsiz xidmətləri ilə seçilmişdir. Onun zəhməti, peşəkarlığı və müəllim adına layiq davranışı həm həmkarları, həm də şagird və valideynlər tərəfindən daim yüksək qiymətləndirilir.

Gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər, təhsilin inkişafına verdiyi töhfələr nəzərə alınaraq Məmmədova Şəlalə Murad qızı ETİHİ Şamaxı rayon komitəsi tərəfindən təbrik edilmiş, ona fəxri fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur.

Şəlalə müəlliməyə gələcək pedaqoji fəaliyyətində möhkəm cansağlığı, sonsuz enerji, işlərində davamlı uğurlar və yeni-yeni nailiyyətlər arzu edirik. Onun zəngin təcrübəsinin və biliklərinin gələcək nəsillərin yetişməsində bundan sonra da mühüm rol oynayacağına inanırıq.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: