“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şamaxıda 31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi anılıb

31/03/2025, 13:41
xeber1

31 mart — Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq, ETİHİ Şamaxı Rayon Komitəsinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbərliyi və kollektivi 31 mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Ziyarət zamanı tədbir iştirakçıları XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınları və faciəvi hadisələri dərin hörmət və ehtiramla yad ediblər. Abidənin önünə qərənfillərin düzülməsi isə həm faciə qurbanlarına olan ehtiramın, həm də tarixi yaddaşın yaşadılmasının rəmzi kimi xüsusi önəm daşıyıb.

Şamaxı ziyalıları və təhsil işçiləri qeyd ediblər ki, 31 mart hadisələri xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı aktlarından biridir və bu faciəni gələcək nəsillərə çatdırmaq, tarixi həqiqətləri unutmamaq hər birimizin mənəvi borcudur.

Tədbir sükut dəqiqəsi ilə tamamlanıb və ziyarət iştirakçıları bir daha Azərbaycan xalqının tarixində iz buraxmış bu faciənin unudulmayacağını vurğulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: