“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ŞAMAXIDA BAYRAM NƏFƏSİ

15/12/2025, 18:56
xeber1

Yeni ilin astanasında Şamaxı dağlarının qoynunda yerləşən “Cənnət Bağı” istirahət zonası həmrəylik və bayram ovqatının ünvanına çevrildi. ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən görüş təhsil işçilərini bir araya gətirdi.


Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin ehtiramla yad edilməsindən sonra tədbir səmimi ab-havada davam etdi. Musiqi sədaları, milli rəqslər və isti ünsiyyət Pirqulunun təbiəti ilə vəhdət təşkil edərək tədbirə xüsusi rəng qatdı.


Bu görüş təkcə bayram qeyd etməklə kifayətlənmədi, eyni zamanda kollektivlər arasında yaxınlaşmaya, birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: