“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şamaxıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan müəllimlərarası şahmat yarışı keçirilib

17/04/2025, 13:24
xeber1

ETİHİ Şamaxı rayon komitəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışı təşkil etmişdir. Bu yarış həm müəllimlərin intellektual bacarıqlarının üzə çıxarılması, həm də Heydər Əliyevin elmə və təhsilə göstərdiyi diqqət və qayğının bir daha xatırlanması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Yarışda Şamaxı rayonunun müxtəlif məktəblərini təmsil edən müəllimlər iştirak etmiş, onlar arasında maraqlı və gərgin mübarizə şəraitində oyunlar keçirilmişdir. Turnir boyunca iştirakçılar yüksək peşəkarlıq və şahmat mədəniyyəti nümayiş etdirmiş, yarış olduqca səmimi və dostluq atmosferində davam etmişdir.

Nəticələrə əsasən, Şamaxı şəhər 10 saylı tam orta məktəbin müəllimi Xəlilov Babək Şahin oğlu bütün rəqiblərini məğlub edərək I yerə layiq görülmüşdür. Onun bu uğuru həm şəxsi nailiyyət kimi, həm də təmsil etdiyi məktəbin pedaqoji kollektivinin fəxridir.

Tədbirin sonunda qaliblər rayon komitəsi tərəfindən hədiyyələr və fəxri fərmanlarla təltif edilmiş, onların təhsilin inkişafında göstərdikləri fəallıq və uğurlu çıxışları xüsusi olaraq qeyd olunmuşdur.

Bu cür yarışların keçirilməsi müəllimlər arasında sağlam rəqabətin təşviqinə, zehni inkişafın dəstəklənməsinə və təhsil ictimaiyyətində intelektual mühitin güclənməsinə mühüm töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: