“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şamaxıda müəllimin yubileyi münasibətilə görüş keçirilib

10/02/2026, 18:50
xeber1

Şamaxı rayonu Çuxuryurd kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Təbriz Kərimov 65 illik yubileyi münasibətilə təbrik edilib.

Yubiley münasibətilə keçirilən görüşdə qeyd olunub ki, Təbriz Kərimov uzun illərdir ki, təhsil sahəsində səmərəli fəaliyyət göstərir və öz zəngin pedaqoji təcrübəsi ilə gənc nəslin bilikli, savadlı və vətənpərvər ruhda yetişməsində mühüm rol oynayır. O, çalışdığı müddət ərzində şagirdlərin təlim-tərbiyəsinə xüsusi diqqət yetirmiş, onların bilik və bacarıqlarının inkişafına böyük töhfə vermişdir. Həmkarları və şagirdləri arasında nüfuz qazanan müəllim kimi tanınan Təbriz Kərimov pedaqoji fəaliyyətində məsuliyyəti, zəhmətkeşliyi və müəllim peşəsinə olan sədaqəti ilə seçilir.

Onun uzunmüddətli və səmərəli pedaqoji fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər nəzərə alınaraq ETİHİ Şamaxı Rayon Komitəsi tərəfindən yubileyi münasibətilə təbrik edilmiş, ona fəxri fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur. Bildirilib ki, belə müəllimlərin fəaliyyəti təhsil sisteminin inkişafına mühüm töhfə verir və gənc müəllimlər üçün nümunə hesab olunur.

Sonda Təbriz müəllimə gələcək fəaliyyətində möhkəm cansağlığı, uzun ömür, pedaqoji fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzu olunub.

Sosial şəbəkələrdə paylaş: