Xəbərlər
Şamaxıda müəllimlər arasında şahmat yarışı keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsi və UGİŞM-in birgə təşəbbüsü ilə Şamaxı rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Liderin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
ETİHİ Şamaxı Rayon Komitəsinin sədri çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Bildirilib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd təhsil işçilərinin intellektual inkişafına dəstək olmaq, sağlam həyat tərzini təşviq etmək, asudə vaxtın səmərəli təşkili ilə yanaşı, kollektivlər arasında əməkdaşlıq və ünsiyyəti daha da gücləndirməkdir. Həmçinin qeyd olunub ki, yarışın qalibi Sumqayıt şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanacaq.
Yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşib:
🥇 I yer – Şamaxı şəhər 10 nömrəli tam orta məktəbin direktoru Əliyev Kabuz Abdulalı oğlu
🥈 II yer – Qurdtəpə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəbiyev Əmirxan Rza oğlu
🥉 III yer – Şamaxı şəhər 10 nömrəli tam orta məktəbin hərbi rəhbəri Əskərov Oktay Məzahir oğlu
Qaliblər Şamaxı Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Onları ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.






