“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şamaxıda Novruz bayramına həsr olunmuş geniş tədbir keçirilib

19/03/2025, 13:37
xeber1

ETİHİ Şamaxı Rayon Komitəsi və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş əlamətdar tədbir keçirilib. Bayram tədbiri rəngarəng proqramı, şagirdlərin zəngin təqdimatları və Novruza xas ənənələrin nümayişi ilə yadda qalıb.

Tədbirin əvvəlində qonaqlar şagirdlərin hazırladıqları əl işlərindən ibarət stendlərlə tanış olublar. Burada müxtəlif rəsm əsərləri, əl işləri, maket və kompozisiyalar sərgilənib və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Novruza məxsus səməni, şam, boyanmış yumurtalar və digər atributlarla bəzədilmiş süfrə də bayram ovqatını daha da artırıb.

Daha sonra şagirdlərin hazırladığı musiqi nömrələri və rəqs kompozisiyaları təqdim olunub. Uşaqların ifasında baharın gəlişini ifadə edən şeirlər, mahnılar və rəqslər tədbirə xüsusi rəng qatıb.

Tədbirdə çıxış edən natiqlər Novruzun xalqımızın ən qədim el bayramlarından biri olduğunu, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin və adət-ənənələrimizin təcəssümü kimi bütün Türk dünyasında geniş qeyd edildiyini vurğulayıblar.

Eyni zamanda bildirilib ki, Novruz sülhün, əmin-amanlıq və barışın rəmzidir. Qarabağ torpaqlarında bu bayramın yenidən qeyd olunması isə xalqımıza xüsusi sevinc və qürur bəxş edir. Çıxış edənlər bu tarixi anın önəmini qeyd edərək, birlik və həmrəylik çağırışı ilə tədbiri tamamlayıblar.

Tədbir sonda xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: