“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şamaxıda Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilmişdir

19/03/2026, 15:59
xeber1

ETİHİ Şamaxı Rayon Komitəsi və Şamaxı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə xalqımızın ən qədim və sevilən bayramlarından biri olan Novruz bayramına həsr olunmuş geniş və rəngarəng tədbir keçirilmişdir. Tədbir milli-mənəvi dəyərlərimizin təbliği, gənc nəslin adət-ənənələrə bağlı ruhda formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyıb.

Tədbirdə kollecin direktoru, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, ETİHİ Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirov, həmçinin müəllim heyəti və tələbələr iştirak etmişdir. Çıxış edənlər Novruz bayramının xalqımızın tarixində və mədəniyyətində tutduğu mühüm yerdən bəhs edərək, bu bayramın birlik, bərabərlik, yenilənmə və həmrəylik rəmzi olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, Novruz ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər birimizin borcudur.

Rəsmi hissədən sonra tədbir bədii proqramla davam etdirilmişdir. Kollecin tələbələri tərəfindən hazırlanmış maraqlı səhnəciklər, milli adət-ənənələri əks etdirən kompozisiyalar və rəngarəng çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Xüsusilə Novruz personajları – Keçəl və Kosa obrazlarının iştirakı tədbirə xüsusi ab-hava qatmış, bayram əhval-ruhiyyəsini daha da yüksəltmişdir.

Bundan əlavə, tələbələrin ifasında təqdim olunan milli rəqslər, musiqi nömrələri və folklor elementləri tədbiri daha da zənginləşdirmiş, tamaşaçılara xoş anlar yaşatmışdır. Bayram süfrəsinin rəmzi atributları – səməni, şirniyyatlar və digər Novruz nemətləri tədbirin dekorativ hissəsini tamamlayaraq milli ruhu əks etdirmişdir.

Sonda qeyd olunmuşdur ki, bu cür tədbirlər gənclərin milli kimliyinin formalaşmasına, onların vətənpərvərlik ruhunda tərbiyəsinə və milli-mədəni irsimizin qorunmasına mühüm töhfə verir. Tədbir xoş ovqat və bayram əhval-ruhiyyəsi ilə başa çatmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: