“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şamaxıda nümunəvi pedaqoji fəaliyyət yüksək qiymətləndirilib

06/07/2026, 15:02
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsi tərəfindən Şamaxı rayonu Elşən Hüseynov adına tam orta ümumtəhsil məktəbinin müəllimi Allahverdiyeva Mətanət Cavanşir qızı 65 illik yubileyi münasibətilə təltif olunub.

Mətanət Allahverdiyeva uzun illərdir ki, pedaqoji fəaliyyətini yüksək məsuliyyət, peşəkarlıq və fədakarlıqla davam etdirərək təhsil sahəsinin inkişafına öz dəyərli töhfələrini verir. O, müəllimlik peşəsinə sadiqliyi, şagirdlərin bilik və bacarıqlarının formalaşdırılması istiqamətində göstərdiyi əzmkar fəaliyyəti, həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda tərbiyə olunmasına verdiyi töhfələrlə həmkarlarının və şagirdlərin dərin hörmətini qazanıb.

Tədbirdə çıxış edənlər Mətanət Allahverdiyevanın uzunillik səmərəli pedaqoji fəaliyyətini, təhsilin inkişafı naminə göstərdiyi xidmətləri və gənc nəslin təlim-tərbiyəsindəki əvəzsiz rolunu yüksək qiymətləndirərək onun peşəkar müəllim kimi nümunəvi fəaliyyətindən bəhs ediblər.

Uzunillik səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi dəyərli töhfələr və gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər nəzərə alınaraq, Allahverdiyeva Mətanət Cavanşir qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsi tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsi kollektivi Mətanət Allahverdiyevanı 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, gələcək həyatında yeni uğurlar arzulayır.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: