Xəbərlər
Şamaxıda Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş maarifləndirici tədbir keçirildi

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Şamaxı rayonu İnternat Tipli Avropa Liseyində maarifləndirici tədbir keçirildi. Tədbirdə lisey rəhbərliyi, direktor müavinləri, psixoloqlar və sinif müəllimləri iştirak edərək mövzu ətrafında fikir mübadiləsi apardılar.
Görüş Beynəlxalq Əmək Təşkilatının 2026-cı il üçün elan etdiyi “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizinə həsr olunmuşdur.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirov çıxış edərək günün əhəmiyyətindən bəhs edib, sağlam və təhlükəsiz iş mühitinin yaradılmasının vacibliyini vurğuladı. Qeyd olundu ki, təhsil müəssisələri yalnız tədris deyil, həm də sağlam sosial münasibətlərin formalaşdığı mühüm mühitdir.
Tədbir çərçivəsində təqdimatlar nümayiş etdirildi, əməyin mühafizəsi, işçi hüquqları və psixososial risklərin azaldılması mövzularında fikir mübadiləsi aparıldı.




