Xəbərlər
Şamaxıda ümummilli lider Heydər Əliyevin 102-ci ildönümü münasibətilə anım tədbiri keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ETİHİ Şamaxı Rayon Komitəsi və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilmişdir.
Tədbir çərçivəsində kollektiv ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, onun önünə gül dəstələri qoymuş və Azərbaycanın dövlətçiliyi, inkişafı və tərəqqisi naminə göstərdiyi misilsiz xidmətləri dərin ehtiramla yad etmişdir.
Çıxış edənlər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu olduğunu, onun siyasi uzaqgörənliyinin, liderlik iradəsinin və xalqına olan sonsuz sevgi və sədaqətinin bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil etdiyini vurğulamışlar.
Anım mərasimi ulu öndərin parlaq xatirəsinə ehtiramın ifadəsi olaraq sükut dəqiqəsi ilə yekunlaşmışdır.





