“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ŞAMAXIDA UNUDULMAZ VƏ YADDAQALAN ANLAR

15/05/2026, 13:29
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan 68 saylı uşaq bağçası əməkdaşları üçün bir günlük Şamaxı səfəri təşkil edilib.

Səfər iştirakçıları Şamaxının füsunkar təbiəti, təmiz havası və gözoxşayan mənzərələri ilə yaxından tanış olaraq xoş və yaddaqalan anlar yaşayıblar. Təbiət qoynunda keçirilən bu səfər iştirakçılara gündəlik iş tempindən uzaqlaşmaq, mənəvi rahatlıq tapmaq və xoş ovqatda vaxt keçirmək imkanı yaradıb.

Birgə keçirilən ekskursiya kollektiv üzvləri arasında səmimi münasibətlərin, qarşılıqlı ünsiyyətin və həmrəyliyin daha da güclənməsinə müsbət təsir göstərib. Xoş söhbətlər, birlikdə keçirilən anlar və təbiət qoynunda yaşanan gözəl təəssüratlar iştirakçıların yaddaşında unudulmaz xatirələrə çevrilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi olaraq üzvlərimizin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin olunması və kollektiv ruhunun möhkəmləndirilməsi istiqamətində bu kimi layihələrə xüsusi önəm veririk.

Səfər iştirakçıları yaradılan şəraitə və yüksək səviyyəli təşkilata görə təşəkkürlərini bildirərək bu kimi layihələrin davamlı olmasını arzulayıblar. 

Gallery Image

Sosial şəbəkələrdə paylaş: