“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şamaxılı qəhrəman şəhid Elgün Quliyevin xatirəsi anılıb

16/09/2025, 14:05
xeber1

Şamaxı rayonunun Göylər kənd sakini, 28 yaşlı Elgün Quliyev Vətən müharibəsindən bir müddət əvvəl müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərərək Lerik rayonunun Sors kəndinə tarix müəllimi təyin olunmuşdu.

Lakin ona müəllimlik arzularını həyata keçirmək qismət olmadı. 2020-ci ildə Vətən müharibəsi başladıqda, Elgün Quliyev tərəddüd etmədən könüllü olaraq cəbhəyə yollandı. O, Şuşa istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldı.

Bu gün, onun doğum günü münasibətilə, ETİHİ Lerik rayon komitəsinin sədri və ETİHİ Şamaxı rayon komitəsinin sədri şəhidin valideynlərini ziyarət edərək ailəsinə ehtiramlarını bildiriblər.

Qəhrəman şəhidimizin xatirəsi daim qəlblərdə yaşayacaq.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: