“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şamaxıya təşkil olunan səfər xoş təəssüratlarla yadda qalıb

31/07/2026, 16:05
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən fəaliyyət dairəsinə daxil olan təhsil müəssisələrinin əməkdaşlarının sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu çərçivədə Bakı şəhəri 82 nömrəli körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı üzvləri üçün Şamaxı rayonuna birgünlük istirahət turu təşkil olunub.

Şamaxıya təşkil olunan səfər kollektiv üzvlərinə işgüzar mühitdən kənarda dincəlmək, birgə xoş vaxt keçirmək, səmimi ünsiyyət qurmaq və unudulmaz təəssüratlar qazanmaq imkanı yaradıb. Gün ərzində iştirakçılar mehriban atmosferdə vaxt keçirərək kollektiv daxilində qarşılıqlı anlaşma, əməkdaşlıq və həmrəylik münasibətlərinin daha da möhkəmlənməsinə töhfə veriblər.

Belə tədbirlərin əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkilinə dəstək vermək, onların mənəvi istirahətini təmin etmək, iş motivasiyasını artırmaq və kollektivlərdə sağlam psixoloji mühitin formalaşmasına töhfə verməkdir.

Səfərin sonunda 82 nömrəli körpələr evi-uşaq bağçasının əməkdaşları göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinə təşəkkürlərini bildiriblər. İştirakçılar bu cür təşəbbüslərin kollektivdə müsbət əhval-ruhiyyənin formalaşmasına, peşə fəaliyyətinə əlavə stimul verməsinə və iş səmərəliliyinin yüksəlməsinə müsbət təsir göstərdiyini qeyd ediblər.




Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: