“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Samux rayon ümumi təhsil müəssisələrində "28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü"nə həsr olunmuş silsilə tədbirlər davam edir..

16/04/2026, 11:51
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin təşkilatçılığı ilə üzv təşkilatlarda- Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseydə, Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə, Qədili kənd ümumi orta məktəbdə, Füzuli kənd ümumi orta məktəbdə, Yuxarı Ağasıbəyli kənd tam orta məktəbdə və Zazalı kənd tam orta məktəbdə "28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü"nə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirdə istehsalatda bədbəxt hadisələrin qarşısının alınması və sağlam iş şəraitinin yaradılmasının təmin edilməsi barədə geniş məlumatlar verilib.

Məktəblərdə bu mövzuda keçirilən tədbirlərin əsas məqsədi gənc nəsildə "öncə təhlükəsizlik" prinsipi formalaşdırır ki, bu da onların gələcək fəaliyyətində peşə xəstəliklərinin, xəsarətlərin minimuma enməsinə və sağlam iş mühitinin yaradılmasına xidmət edir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: