“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Samux rayon ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilib.

05/03/2026, 17:16
xeber1

2–5 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Samux rayonu üzrə təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux rayon Komitəsinin birgə təşkilatçılığı ilə rayonun ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilib.

Tədbir çərçivəsində təsdiq edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqə və yarışlar, maarifləndirici görüşlər təşkil edilib.

Sonda idman yarışlarında qalib olan şagird və müəllimlər təhsil müəssisələrinin ilk həmkarlar təşkilatları tərəfindən diplomlarla mükafatlandırılıb.

“İdman həftəsi”nin keçirilməsində əsas məqsəd şagirdlərin idmana marağının artırılması və sağlam həyat tərzinin təbliğidir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: