Xəbərlər
Samux rayonunda Ulu öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.
12/12/2025, 16:29

Samuxda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Anım tədbirində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, ETİHİ Samux Rayon Komitəsinin əməkdaşları, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin Samux şəhəri Heydər Parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətə gələn hər bir şəxs ürəyində böyük sevgi, sonsuz məhəbbətlə bu izdihama qatılmışdır.




