Xəbərlər
Samux şəhər 3 nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatına yeni sədr seçilib

Samux şəhər 3 nömrəli tam orta məktəbin ilk həmkarlar təşkilatında növbədənkənar sədr seçkisi keçirilib.
Seçki məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri Məmmədova Səlminə Cəmil qızının 65 yaşının tamam olması və əmək fəaliyyətinə xitam verilməsi ilə əlaqədar təşkil olunub.
Seçkidə məktəbin həmkarlar ittifaqı üzvlərinin iştirakı və açıq səsvermə yolu ilə Hüseynova Ruhiyyə Romik qızı məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.
Görüş zamanı həmkarlar təşkilatı tərəfindən üzvlərin rifahının yüksəldilməsi, sosial təminatının gücləndirilməsi, hüquqlarının müdafiəsi, sağlamlıq, istirahət, təlim və digər istiqamətlərdə həyata keçirilən layihələr, yaradılan imkanlar və görülən işlər barədə geniş təqdimat edilib.







