Xəbərlər
Samuxda “7 oktyabr- Ümumdünya Layiqli Əmək Günü”nə həsr olunmuş tədbir keçirildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin xidmətində olan Samux şəhər 2 nömrəli, Ziyadlı kənd, Çobanabdallı kənd və Yuxarı Ağasıbəyli kənd tam orta məktəblərində “7 oktyabr- Ümumdünya Layiqli Əmək Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə çıxış edənlər “Ümumdünya Layiqli Əmək Günü” münasibətilə əməkçi insanlara təbriklərini çatdırdı. Bildirildi ki, 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ölkəmizdə xüsusi ilə təhsil sahəsində həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Bunun nəticəsidir ki, vətəndaşlar üçün səmərəli məşğulluq, sağlam və layiqli iş yeri, əmək şəraiti yaradılıb. Aparılan işlərin əsas məqsədi hər şeydən əvvəl insan amilinə, insanların rahatlığına yönəlmişdir.
Adıçəkilən məktəblərin direktorları çıxış edərək işçilərin iş şəraitinin yaxşılaşdırılmasından, sosial sahədə təşkilat tərəfindən onlara göstərilən maddi və mənəvi dəstəkdən və həyata keçirdikləri tədbirlərdən danışıblar.










