Xəbərlər
Samuxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Samuxda Samux rayon təhsil sektorunun və ETİHİ Samux Rayon Komitəsinin təşkilatçılığı ilə genişmiqyaslı bayram tədbiri keçirilmişdir. Tədbirin əsas məqsədi uşaqlara sevinc bəxş etmək, onların istedad və bacarıqlarını nümayiş etdirmək, eləcə də cəmiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək olmuşdur.
Tədbirdə Samux rayon təhsil sektorunun müdiri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin sədri, bağça müdirləri, müəllimlər, valideynlər və qonaqlar iştirak ediblər. Giriş sözü ilə çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək, onlara xoşbəxt gələcək, dərslərində uğurlar arzulayıblar. Dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan, onlara yaradılan geniş imkanlardan bəhs olunub.
Bədii hissədə uşaqların ifasında bir-birindən rəngarəng rəqs nömrələri, şeirlər və musiqi sədaları səsləndirilib, daha sonra Gəncə Dövlət Kukla Teatrının aktyorlarının əyələncəli tamaşaları nümayiş olunub. Nümayiş olunan səhnəciklər və yaradıcılıq nümunələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.



