Xəbərlər
Samuxda "2 Fevral – Gənclər Günü"nə həsr olunmuş tədbir keçirilib

2 Fevral – Gənclər Günü münasibətilə Samux Rayon Təhsil Sektorunun təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin dəstəyi ilə gənc təhsil işçiləri arasında Nə? Harada? Nə zaman? intellektual bilik yarışı keçirilib.
Tədbirdə ETİHİ Samux Rayon Komitəsinin sədri, Samux Rayon Təhsil Sektorunun əməkdaşları və rayon təhsil müəssisələrində çalışan gənc müəllimlərdən ibarət 9 komanda iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ETİHİ Samux Rayon Komitəsinin sədri 2 Fevral – Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində və bilik yarışında uğurlar arzulayıb.
Gərgin keçən bilik yarışında qaliblər aşağıdakı kimi olmuşdur:
I yer: "Samuxlular" komandası. (yığma komanda)
II yer: "Loqos" komandası. (İ.Nəsimi adına I.Nəsimi adına Ziyadlı kənd tam orta məktəb)
II yer: "Zəfər" komandası. (Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəb)
Yarışın sonunda 2 Fevral –Gənclər Günü münasibətilə qalib komanda üzvləri və bütün iştiarkçılar ETİHİ Samux Rayon Komitəsi tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.
Tədbir 60 nəfər gənc təhsil işçisinin iştirakı ilə çay süfrəsi ətrafında səmimi söhbətlə davam etdirilib.




















