Xəbərlər
Samuxda "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yenil il" bayramına həsr olunmuş uşaq-gənclər arasında şahmat, stolüstü tennis və cüdo idman növləri üzrə yarışlar keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsi və Samux rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yenil il" bayramına həsr olunmuş uşaq-gənclər arasında şahmat, stolüstü tennis və cüdo idman növləri üzrə yarışlar keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
24-25 dekabr tarixlərində keçirilən yarışda qaliblər ETİHİ Samux Rayon Komitəsi tərəfindən kubok, diplom, və medallarla təltif olunublar.










