“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Samuxda "31 Mart – Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş anım tədbirləri təşkil olunub.

31/03/2026, 17:01
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin üzv təşkilatlarında "31 Mart – Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş anım tədbirləri təşkil olunub.

Tədbir zamanı şagirdlərə 1918-ci ilin mart ayında xalqımıza qarşı törədilmiş qırğınlar, soyqırımı siyasətinin mahiyyəti və bu faciənin Azərbaycan tarixində tutduğu yer haqqında geniş məlumat verilmişdir. Çıxış edənlər bildirmişlər ki, bu hadisələrin öyrənilməsi və gənc nəslə çatdırılması milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirlərdə şagirdlərin hazırladıqları təqdimatlar, şeirlər, ədəbi-bədii kompozisiyalar və səhnəciklər nümayiş etdirilmiş, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: