Xəbərlər
Samuxda "5 Oktyabr -Beynəlxalq Müəllimlər Günü" münasibətilə bir sıra müəllimlərlə görüş keçirilib.

5 oktyabr Beynəlxalq Müəllimlər Günü" ərəfəsində Samux rayonunun ümumtəhsil məktəblərində çalışan 7 nəfər təhsil işçisi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə ETİHİ Samux Rayon Komitəsi tərəfindən mükafat və hədiyyələrlə təltif edilib.
Mükafatlandırma mərasimləri müəllimlərin çalışdıqları təhsil müəssisələrində dərs prosesinə paralel olaraq həyata keçirilib. Tədbirdə ETİHİ Respublika Komitəsinin sədrinin müşaviri Pərvanə xanım İsmayılova iştirak edərək, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədovun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevin təbriklərini müəllimlərə çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Müəllimlər göstərilən diqqət və qayğıya görə rəhbərliyə minnətdarlıqlarını bildirərək, bu təşəbbüsün onların fəaliyyətinə əlavə stimul verdiyini vurğulayıblar.
















