Xəbərlər
Samuxda "5 Oktyabr -Beynəlxalq Müəllimlər Günü"nə həsr olunmuş tədbir keçirilib.

5 oktyabr Beynəlxalq Müəllimlər Günü" münasibətilə Samux Rayon Təhsil Sektorunun və ETİHİ Samux Rayon Komitəsinin birgə təşkilatçılığı ilə rayonunun təhsil müəssisələrində çalışan 200 nəfərdən artıq təhsil işçisinin iştirakı ilə tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi və azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Təbirdə çıxış edənlər əlamətdar gün münasibətilə müəllimlərə göstərdikləri fədakarlığa, əzmkarlığa görə təşəkkürlərini bildirərək onlara can sağlığı, fəaliyyətlərində yeni-yeni uğurlar arzuladılar. Təbdir şagirdlərin rəqs və şeirləri ilə davam etdirilib.
Sonda 150 nəfər müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsi tərəfindən Fəxri Fərman, gül və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Müəllimlər göstərilən diqqət və qayğıya görə rəhbərliyə minnətdarlıqlarını bildirərək, bu təşəbbüsün onların fəaliyyətinə əlavə stimul verdiyini vurğulayıblar.







































