Xəbərlər
Samuxda "8 Mart-Beynəlxalq Qadınlar Günü'nə həsr olunmuş tədbir keçirilib
05/03/2026, 11:57

Tədbirdə Samux rayonu üzrə təhsil sektorunun müdiri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux rayon Komitəsinin sədri, təhsil sahəsində çalışan şəhid ailə üzvləri və qadın təhsil işçiləri iştirak edib.
Tədbirdə Samux rayonu üzrə təhsil sektorunun müdiri Nurlana Həsənova , ETİHİ Samux Rayon Komitəsinin sədri Nazim Musayev və şəhid anası Dürdanə Qasımova çıxış edərək qadınların cəmiyyətdəki rolundan, ölkəmizin ictimai- siyasi, elm və təhsil sahəsindəki fəaliyyətindən danışaraq onları 8 Mart-Beynalxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.
Tədbirin sonunda 120 nəfər qadın təhsil işçisi ETİHİ Samux Rayon Komitəsi tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.













