Xəbərlər
Samuxda ali məktəblərə yüksək balla daxil olan tələbələrlə görüş keçirilib.

Samux Rayon İcra Hakimiyyətinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və Samux rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə ali məktəblərə yüksək balla daxil olan tələbələrlə Samux şəhəri Heydər Əliyev Mərkəzində görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tələbə adını qazanan gənclər, eləcədə onların müəllimləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim edilib.







