Xəbərlər
Samuxda ali məktəblərə yüksək balla daxil olan tələbələrlə görüş keçirilib

Samux Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla daxil olan tələbələrlə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Samux rayon təhsil sektorunun müdiri, idarə, müəssisə və təşkilat rəhbərləri, yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələr, onların müəllimləri və valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər tələbə adını qazanan gəncləri əldə etdikləri yüksək nəticə münasibətilə təbrik edib. Bu uğurun yalnız tələbələrin deyil, onların valideynlərinin və müəllimlərinin də böyük zəhmətinin nəticəsi olduğunu bildirib.
Sonda qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrə təşəkürnamələr və qiymətli xatirə hədiyyələri təqdim olunub, onlara gələcək təhsil həyatlarında uğurlar arzulanıb.








