“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Samuxda çalışmanın yaş həddinə çatmış müəllimlərlə görüş keçirilib.

10/06/2025, 12:30
xeber1

ATİAHİ Samux Rayon Komitəsinin və Samux rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 2024-2025-ci tədris ilində çalışmanın yaş həddinə çatmış dəyərli müəllimlərimizlə səmimi və duyğulu bir görüş keçirdik. Onlar uzun illər ərzində təhsilimizin inkişafı üçün fədakarcasına çalışaraq saysız-hesabsız şagirdin həyatına iz qoyublar. Bu görüş bizim üçün sadəcə vida deyil, həm də minnətdarlıq və hörmətin bir ifadəsi idi.

Görüş zamanı müəllimlərimizin zəhmətini yüksək qiymətləndirdik, keçmiş illərə birlikdə nəzər saldıq, isti xatirələr paylaşdıq. Onlara kiçik, amma dəyərli hədiyyələr təqdim edərək sonsuz təşəkkürümüzü bildirdik. Bu hədiyyələr bizim üçün sadəcə simvolik deyil, onların dəyərli əməyinə olan ehtiramın göstəricisidir.

Əziz müəllimlərimizə yeni həyat mərhələsində sağlamlıq, rahatlıq və sevinc dolu günlər arzulayırıq. Sizin iziniz təhsilimizin tarixində və qəlbimizdə daim qalacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: