“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Samuxda çalışmanın yaş həddinə çatmış müəllimlərlə hörmət və ehtiram görüşü keçirilib.

10/06/2026, 10:34
xeber1

Samux rayonunda təhsil sahəsinə uzun illər öz töhfəsini vermiş fədakar pedaqoqlarla görüş keçirilib. Tədbirdə 2025-2026-cı tədris ilində çalışmanın yaş həddinə (65 yaş) çatmış müəllimlər bir araya gəliblər.

​Toplantıda Samux rayon təhsil sektorunun müdiri və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux rayon Komitəsinin sədri çıxış edərək, müəllimlik peşəsinin müqəddəsliyindən və tədbir iştirakçılarının rayonun maarifləndirilməsi istiqamətindəki xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, təqaüdə çıxmalarına baxmayaraq, yaşlı nəslin təcrübəsi gənc pedaqoqlar üçün hər zaman örnək olaraq qalacaqdır.

​Səmimi dialoq formatında davam edən tədbirin sonunda müəllimlərə çoxillik səmərəli fəaliyyətlərinə görə təşəkkür ifadə edilib və xatirə hədiyyələri təqdim olunub. Müəllimlər də öz növbəsində onlara göstərilən bu diqqət və ehtirama görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: