“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Samuxda gənclər üçün "Sağlam həyat tərzini seçək" mövzusunda maarifləndirici görüş keçirilib

02/11/2026, 11:00
xeber1

​Samux rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin İlk Həmkarlar Təşkilatının təşkilatçılığı ilə gənclər arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin profilaktikasına həsr olunmuş növbəti maarifləndirici görüş baş tutub.

​Tədbirin əsas məqsədi gənc nəslin nümayəndələrini sağlam həyat tərzinin üstünlükləri barədə məlumatlandırmaq, onlarda fiziki və mənəvi sağlamlığın qorunması vərdişlərini inkişaf etdirmək, eləcə də gəncləri zərərli vərdişlərdən uzaq durmağa səsləməkdir.

​Görüşdə çıxış edənlər sağlamlığın hər bir fərdin həyatında ən qiymətli sərvət olduğunu vurğulayıblar. Qeyd olunub ki, düzgün qidalanma, müntəzəm fiziki aktivlik, idmanla məşğul olmaq və mütaliə gənclərin həm fiziki, həm də intellektual inkişafında mühüm rol oynayır. Eyni zamanda, gəncləri narahat edən mövzular ətrafında geniş müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: