Xəbərlər
Samuxda həmkarlar ittifaqı üzvlərinə yeni il hədiyyələri paylanılıb.
25/12/2025, 12:05

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsi tərəfindən rayonun təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyət işçilərinə, o cümlədən şəhid övladlarına yeni il hədiyyələri təqdim olunub. Bu kimi təşəbbüslər həmkarlar ittifaqında cəmləşən üzvlərə sosial dəstək fəaliyyətinin tərkib hissəsidir.
İttifaq üzvləri təhsil işçiləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.














