Xəbərlər
Samuxda iş yerlərinin sаğlаm sаnitаriyа - gigiyеnа şərаitinin monitorinqi aparılıb.

Samuxda iş yerlərinin sаğlаm sаnitаriyа - gigiyеnа şərаitinin monitorinqi aparılıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux rayon Komitəsi arasında bağlanmış Kollektiv Müqavilənin (2023-2025) 3.1 və 3.2 bəndlərinin icrasını təmin etmək məqsədilə 27-31 oktyabr tarixlərində Samux rayon təhsil müəssisələrində işəgötürənlər və ilk həmkarlar təşkilatları tərəfindən iş yerlərinin sаğlаm sаnitаriyа - gigiyеnа şərаitinin əməyin mühafizəsinin qüvvədə оlаn normativlərə uyğunluğu üzrə monitorinqi aparılıb.
Monitorinq zamanı təhsil müəssisələrində fəaliyyət göstərən iaşə obyektlərinin sanitariya-texniki vəziyyəti, xammal və məhsulların saxlanma şəraiti, istehsalat rejimi, istehsalat sahələri, avadanlıqlar və s. sanitariya norma və qaydalarına, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılmışdır.
Yoxlama zamanı ilk həmkarlar təşkilatları tərəfindən ittifaq üzvləri təhsil müəssisələrində iaşə xidmətinin təşkili Qaydası və Normaları haqqında təlimatlandırılmışdır.








