Xəbərlər
Samuxda “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda gənc müəllim və yuxarı sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin xidmətində olan müəssisələrdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə səmərəliliyin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlığının təmin edilməsi istiqamətində daim zəruri tədbirlər görülür.
Həyata keçirilən tədbirlər çərçivəsində Samux rayon Çobanabdallı kənd tam orta, Ziyadlı kənd tam orta, Samux şəhər 1 və 2 nömrəli tam orta, Samux rayon Qarayeri qəsəbə 1 nömrəli məktəb-lisey, Sərkar və Yuxarı Ağasıbəyli kənd tam orta məktəblərində "Biz narkotikə yox deyirik", “Gələcəyimizi ağ ölümdən xilas edək”, “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzularla gənc müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə məlumatlandırma və maarifləndirici görüşlər təşkil olunmuşdur.
Qeyd olunan tədbirlərdə Samux rayon Polis şöbəsinin Şəxsi Heyətin işləri üzrə köməkçisi polis polkovnik-leytenantı Arzu Məmmədov, Samux rayon Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili qrupunun inspektoru, polis mayoru İlqar Verdiyev, valideyinlər, məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi iştirak etmişdir













