“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Samuxda Şəhid müəllimin məzarı ziyarət olunub.

07/11/2025, 17:06
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux rayon Komitəsinin sədri, Samux rayon Çobanabdallı kənd tam orta məktəbin direktoru və müəllim kollektivi 8 Noyabr Zəfər Günü ilə əlaqədar Samux rayon Çobanabdallı kənd tam orta məktəbin müəllimi şəhid Həsən Məmmədlinin məzarını və anası Sveta xanımı ziyarət edib. Məmmədli Həsən Qəhrəman oğlu 8 iyul 1995-ci il tarixdə Samux rayon Çobanabdallı kəndində anadan olub. Samux rayon Qarabağlar kənd tam orta məktəbinin məzunu olub. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb.

Samux rayon Çobanabdallı kənd tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışııb. İxtisasca müəllim olan Həsən Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak edib. 5 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 28 noyabr 2020-ci il tarixdə Samux rayonunun Çobanabdallı kəndində dəfn olunub.

Şəhid Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: