“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Samuxda təhsil işçiləri arasında şahmat turniri keçirilib.

09/04/2026, 12:58
xeber1

8-9 aprel 2026-cı il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Samux rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri və təhsil işçiləri arasında şahmat turniri keçirilib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin sədri, Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru və hakimlər kollegiyasının üzvləri iştirak ediblər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin sədri Nazim Musayev çıxış edərək bildirib ki, uzun illərdir ənənəvi olaraq Respublikasının şəhər və rayon təhsil müəssisələrinin işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan şahmat yarışları keçirilir.

Çıxışda vurğulanıb ki, yarışların keçirilməsində əsas məqsəd müəllim və təhsil işçilərinin bədən tərbiyəsi və idmana kütləvi şəkildə cəlb edilməsi, ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, həmkarlar ittifaqı təşkilatlarının sağlamlıq və kütləvi idman sahəsində fəaliyyətinin daha da gücləndirilməsidir.

Sonda qaliblər diplom, medal və pul mükafatı ilə mükafatlandırılıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: