Xəbərlər
Samuxda təhsil işçilərinin bölgələrə birgünlük gəzintisi təşkil olunub.

Samux rayonunda fəaliyyət göstərən bir qrup tam orta məktəb və uşaq bağçasının həmkarlar ittifaqı üzvləri üçün Azərbaycanın dilbər guşələrinə birgünlük gəzinti-istirahət turu təşkil edilib.
Səyahətdə Çobanabdallı, Qarabağlılar və Seyidlər kənd tam orta məktəblərinin, həmçinin Samux şəhər 5 saylı, Ziyadlı, Qovlarsarı və Seyidlər kənd uşaq bağçalarının həmkarlar ittifaqı üzvləri iştirak ediblər.
Təhsil və tərbiyə müəssisələrində çalışan əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, iş fəaliyyətindən sonra mənəvi dincəlmələri və kollektivlərarsı bağların gücləndirilməsi məqsədilə baş tutan gəzinti ölkəmizin füsunkar təbiətə malik Qax, Gədəbəy və Göygöl rayonlarını əhatə edib. Səyahət çərçivəsində iştirakçılar bu bölgələrin tarixi məkanları, gəzməli-görməli yerləri ilə tanış olub, təbiət qoynunda xoş və yaddaqalan anlar keçiriblər.
Kollektiv üzvləri onlara göstərilən bu diqqət və qayğıya, asudə vaxtlarının bu cür yüksək səviyyədə təşkilinə görə təşkilatçılara və həmkarlar ittifaqına öz dərin minnətdarlıqlarını bildiriblər.














