Xəbərlər
Samuxda təhsil müəssisələrinin rəhbərləri ilə Kollektiv müqavilə imzalanıb.

Samux rayon təhsil müəssisələrində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux rayon Komitəsi arasında imzalanmış Kollektiv müqaviləyə əsasən, əmək münasibətlərinin tənzimlənməsi və sosial tərəfdaşlığın gücləndirilməsi məqsədilə kollektiv müqavilələr imzalanıb.
Tədbirdə Samux rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin işəgötürənləri və həmin müəssisələrin ilk həmkarlar təşkilatının sədrləri iştirak ediblər. Tədbir zamanı həmkarlar ittifaqı ilə işəgötürənlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi sahəsində əhəmiyyəti vurğulanıb.
Rayon üzrə 56 təhsil müəssisəsi ilə lk həmkarlar təşkilatı arasında bağlanan Kollektiv müqavilələr 2025-2027-ci illəri əhatə edir.









