“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Samuxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

08/05/2026, 11:12
xeber1

Samux rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı, Samux rayonu üzrə təhsil sektorunun müdiri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin sədri, məktəb direktorları və digər təhsil işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

Sonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilər arasında keçirilən inşa və rəsm müsabiqələrinin qalibləri sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: