Xəbərlər
Samuxda ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual məktəb çempionatı keçirilib.
02/06/2026, 17:32

Samux rayon təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin birgə təşkilatçılığı ilə təhsilalanların intellektual va yaradıcı inkişafına geniş miqyasda dəstək verilməsi, asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual məktəb çempionatı keçirilmişdir.
Yarışda qalib komanda üzvləri medal və diplomlarla təltif olunmuşdur.














